Rusların yaratdığı İT xidməti ölkəni tərk edəcəkbackend

Layihələrdə əməkdaşlıq etdiyi xidməti ilə tanınan Miro şirkəti sentyabrın 12-dən etibarən Rusiya və Belarusda fəaliyyətini dayandıracağını açıqlayıb. RBC yazır ki, bu barədə xidmət istifadəçilərinə göndərilən məktubda deyilir.

Qərar Avropa İttifaqı və ABŞ-ın Rusiya və Belarusda qeydiyyatda olan şəxslərə xidmətlərin göstərilməsini qadağan edən bu yaxınlarda tətbiq etdiyi sanksiyalarla bağlıdır.

“Qanuni öhdəliklərimizə uyğun olaraq, biz artıq qadağan olunmuş bölgədə qeydiyyatdan keçmiş müştərilərə xidmət göstərə bilmərik” dedi Miro məktubda.

Mənbə: RBC