İran bankları Rusiyada filiallarını aça bilərbackend

İran hakimiyyəti ölkədə investisiya imkanlarını müəyyən etmək üçün iki İran bankına Rusiyada nümayəndəlik və filial açmağı tövsiyə edib.

TASS xəbər verir ki, bu barədə ISNA agentliyi İran Mərkəzi Bankının rəhbərinin müavini Möhsün Kərimiyə istinadən məlumat yayıb.

“Biz Rusiyada kommersiya və iqtisadi investisiya imkanlarını müəyyən etmək üçün iki banka nümayəndəliklər, sonra isə filiallar açmağı tövsiyə etdik”, – deyə Kərimi bildirib.

Agentliyin məlumatına görə, bu qərar VTB Bankın İranda mayın 17-də baş tutan ilk nümayəndəliyinin açılışından sonra qəbul edilib. İran tənzimləyici orqanın rəhbərinin müavini bu addımı yüksək qiymətləndirib və bunu İran və Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı başlanğıc adlandırıb.

Mənbə: TASS