Kraliça II Elizabetin dəfn mərasiminin xərci açıqlandı

Böyük Britaniya kraliçası II Yelizavetanın dəfn mərasimi və matəm müddəti Britaniya hökumətinə təxminən 162 milyon funt-sterlinqə (202 milyon dollar) başa gəlib.

Bu barədə Krallığın Maliyyə Nazirliyinin məlumatlarına istinadən Sky News telekanalı məlumat yayıb.

II Yelizaveta 8 sentyabr 2022-ci ildə 97 yaşında vəfat edib. Böyük Britaniyada bununla bağlı 10 günlük milli matəm elan edilib.

Təqdim olunan məlumatlara görə, dəfn mərasimi və əlaqədar tədbirlər üçün ən böyük məbləği Böyük Britaniya Daxili İşlər Nazirliyi ödəyib – 74 milyon funt-sterlinq (92 milyon dollar). Sonrakı yerdə Mədəniyyət, Media və İdman Nazirliyi gəlir – 57,4 milyon funt-sterlinq (71 milyon dollar).

Mənbə: A Haber

Oxşar xəbərlər