İran Netanyahunun ofisi yaxınlığındakı hədəflərə zərbə endirəcəyini açıqladıbackend

İran televiziya kanalı SNN-in məlumatına görə, İran raketləri İsrail Baş naziri Binyamin Netanyahunun Qüdsdəki ofisindən bir neçə metr aralıda düşüb.

Məlumatda deyilir: “Bu gün İran raketləri işğal olunmuş Qüdsdəki mövqelərə, sionist rejimin Baş naziri Netanyahunun ofisindən bir neçə metr aralıda zərbələr endirib”.

Jurnalistlərin qeyd etdiyi kimi, bir neçə İsrail mediası yalnız bir İran raketinin ələ keçirildiyini, digərlərinin isə hava hücumundan müdafiə sistemini keçərək hədəflərinə çatdığını bildirib.