İran Rusiya neftinin nəqlini üç dəfə artırıb – İDDİAbackend

Tehrana ABŞ sanksiyalarından yan keçməyə kömək edən iranlı “xəyal tankerləri” neftin barrelinə 60 dollardan yuxarı qiymət həddinin qüvvəyə minməsindən sonra Rusiyadan neft daşımaq kursunu müəyyənləşdiriblər.

Bu barədə Financial Times qəzeti yazır. Qəzetin yazdığına görə, yanacaq daşıyıcıları gizli dəniz şirkətləri vasitəsilə “kabus tankerləri” işlədirlər. Şirkətlər daim dəyişir ki, bu da İrana ABŞ sanksiyalarından yan keçməyə imkan verir.

Qəzet yazır ki, dekabr-yanvar aylarında ən azı 16 “kabus” gəmisi Rusiya xam neftini daşımağa başlayıb. Xüsusi əməliyyat başlayandan və neftə məhdudiyyət tətbiq olunana qədər 9 İran gəmisi Rusiyadan neft daşıyıb.

Noyabrda “kabus tankerləri” ilə nəql edilən Rusiya neftinin həcmi təqribən 3 milyon barrelə çatıb, yanvarda isə üç dəfə artaraq 9 milyon bareldən çox olub. Ekspertlər qəzetə bildiriblər ki, Rusiya yüksək yük tarifləri ilə neftini daşımaq üçün İrandan gəmilərin sahiblərini və operatorlarını cəlb edə bilib. Rusiyanın standart bazar tariflərinə görə mükafatı minimum 50%-ə çatır, bəzi hallarda isə 100%-dən çox ola bilər.

Mənbə: Gazeta.ru

İctimai.az