İran və İraq səmalarında uçan işıqlı obyekt görünübbackend

İran və İraq sərhədində hadisə şahidləri işıq saçan obyektin uçuşunu müşahidə ediblər. Sosial şəbəkələrdə bu obyektin videosu yayılıb və hadisə ilə bağlı “Jamaran” agentliyi yazıb.

Hadisə İsrailin İranın Dəməşqdəki Baş Konsulluğunun binasına endirdiyi hava hücumundan sonra bölgədə gərginliyin artması fonunda baş verib. Agentlik qeyd edir ki, indiyədək bu obyektin mahiyyəti ilə bağlı heç bir izahat verilməyib.

Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyinin yanındakı binaya hücum edib.

Mənbə: Haber global