Seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın NATO-dan çıxması Trampın prioriteti ola bilərbackend

Donald Tramp prezident seçkilərində qalib gəlsə, ABŞ-ın NATO-dan çıxması mövzusunu gündəmə gətirəcək. RİA Novosti xəbər verir ki, bunu “MeidasTouch” YouTube kanalına müsahibəsində keçmiş prezidentin milli təhlükəsizlik üzrə köməkçisi işləmiş Con Bolton deyib.

“Düşünürəm ki, o, deyə biləcəyi mövqe üzərində işləyir, bu gün biz çıxırıq. O, demək olar ki, 2018-ci ildə bunu etdi, düşünürəm ki, bu, onun ikinci müddətinin ilk prioritetlərindən biri olacaq”, – Bolton bildirib.

Onun fikrincə, siyasətçi ABŞ-ın alyansdan çıxmasına ciddi yanaşır və alyansın qalan üzvləri ilə NATO-ya daha çox pul xərcləmələri üçün bazarlıq etmir.

Mənbə: RİA Novosti