İran xəbərdarlıq edib: ABŞ-la müharibədən qorxmuruqbackend

İran Qərbdən, xüsusən də ABŞ-dan gələn heç bir təhlükəni cavabsız qoymayacaq.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Hüseyn Səlami bildirib.

Onun sözlərinə görə, Amerika rəsmiləri tərəfindən İrana qarşı təhdidlər peyda olur.

Səlami vurğulayıb ki, ABŞ İranın nəyə qadir olduğunu yoxlayıb və İslam Respublikası da öz növbəsində cavabla bir təhdid də buraxmayıb.

Eyni zamanda general əlavə edib ki, İran müharibə axtarmır, amma ondan da qaçmır.

Mənbə: Sputnik