Şimali Koreya “Hvasal-2” strateji qanadlı raketini sınaqdan keçiribbackend

Pxenyan Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir ki, Şimali Koreya “Hvasal-2” strateji qanadlı raketi buraxıb.

Koreya Xalq Ordusunun Baş Qərargahı bildirib ki, yanvarın 30-da KXDR-in qərb sahilində “Hvasal-2” strateji qanadlı raketinin buraxılışını əhatə edən təlim keçirilib.

Pxenyan qeyd edib ki, təlimlər Şimali Koreya ordusunun “sürətli əks-hücuma” hazırlığının yoxlanılmasına və onun düşmənə strateji zərbə endirmə qabiliyyətinin artırılmasına töhfə verib. Baş Qərargah təlimlərin ətraf dövlətlərin təhlükəsizliyinə heç bir “mənfi təsiri” olmadığını vurğuladı.

Mənbə: TASS