İranda kömür mədənində faciəsində 30 nəfər öldübackend

İranın şərqindəki Cənubi Xorasan vilayətində kömür mədənində metan qazı partlaması baş verib.

Bu barədə “İzvestiya” məlumat verir.

Təbii fəlakətdə 30 mədənçi həyatını itirib.

İran dövlət televiziyasına açıqlama verən Cənubi Xorasan vilayətinin valisi Cavad Kanaat ötən gecə vilayətin Tebes rayonundakı kömür mədəninin iki blokunda metan qazı partlayışının baş verdiyini bildirib.

Daha 17 mədənçinin yaralandığını bildirən İran rəsmisi mədəndəki bloklarda ümumilikdə 69 nəfərin çalışdığını və mütəxəssis qruplar tərəfindən sıxışanların xilasedilməsi işlərinin davam etdiyini qeyd edib.