Hindistan hakimiyyəti Veneraya kosmik gəmi göndərilməsi və orbital stansiyanın ilk modulunun yaradılması da daxil olmaqla dörd böyük kosmik layihəni təsdiqləyib.
Bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Hindistanın Nazirlər Kabineti milli kosmik proqramın yeni mərhələləri üçün 2,7 milyard dolların ayrılmasını təsdiqləyib. Veneranın tədqiqi missiyası və özünün kosmik bazasının tikintisi ilə yanaşı, vəsait “Çandrayaan-4” layihəsi çərçivəsində Ayın tədqiqinin davam etdirilməsi üçün istifadə olunacaq.
Plana görə, Chandrayaan-4 iki LVM-3 raketindən istifadə edərək dörd modulun buraxılmasını əhatə edən kompleks layihə olacaq. Birinci raket eniş və qalxma modulunu Ayın cənub qütbünə daşıyacaq, ikinci raket isə ötürmə modulunu və enmə modulunu çatdıracaq.