Almaniyanın “Volkswagen” konserni regionda markanın avtomobillərinin satışlarının azalması fonunda xərcləri azaltmaq üçün Çində bir neçə yüz əməkdaşını ixtisar edəcək.
Bu barədə Bloomberg yazır.
Çin bazarında VW satışları 2024-cü ilin birinci yarısında yerli istehsalçıların, ilk növbədə BYD-nin şiddətli rəqabəti fonunda 7,4% azalıb. Son beş ildə satışlar 24% azalıb.
Bu yaxınlarda o da məlum oldu ki, Volkswagen rəhbərliyi Almaniyada fabriklərin bağlanmasına və bu il 15 min işçinin ixtisarına icazə verir. Belə bir addım şirkətə təxminən 4 milyard avroya başa gələcək.