Macarıstan Livana peycerlərin tədarükündə iştirak etmədiyini bəyan etdibackend

Macarıstan biznesi Livanda partlayan peycerlərin tədarükü ilə məşğul olmayıb.

TASS bu barədə Macarıstan kəşfiyyat xidmətlərinin bəyanatına istinadən xəbər verir.

Bu cihazların nə istehsalı, nə də modifikasiyası ilə heç bir Macarıstan şirkətinin iştirak etmədiyi vurğulanır.

Sentyabrın 18-də Tayvanın “Gold Apollo” peycer şirkəti Livanda partlayan rabitə cihazlarının Macarıstanın BAC Consulting KFT şirkəti tərəfindən layihələndirildiyini və istehsal edildiyini bildirib.