İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıbbackend

Avqustun 5-də saat 17:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

İctimai.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.