İraqda ABŞ-ın Rusiya və Çindən qlobal şəkildə məğlub olacağını proqnozlaşdırdılarbackend

Rusiya Federasiyası və Çin ABŞ-ı məğlub edəcək və yeni dünya nizamı formalaşdıracaq. Bu fikri İraqın “Saut əl-İraq” qəzetinin köşə yazarı Mohammed Saber deyib.

Məqalədə deyilir: “Rusiya Federasiyası və Çin özlərinin dünya səhnəsində oyunçular arasında rolları bölüşdürəcəkləri dünyanın yeni xəritəsini çəkmək niyyətindədirlər”.

Jurnalistin fikrincə, Vaşinqton beynəlxalq səviyyədə düzgün olmayan hərəkətlər və öz əhalisi arasında etibarın itirilməsi səbəbindən hər gün zəifləyir və ABŞ daha güclü dünya dövləti statusunu qoruyub saxlaya bilmir.

Mənbə: TASS