İraqda ümummilli matəm elan edildibackend

İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib.

Bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında deyilir.

“Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”, – fərmanda bildirilir.

İraq hökumətinin məlumatına görə, bombardman nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.

Mənbə: TASS