Türkiyədə helikopter qəzası: Ölənlər və xəsarət alan varbackend

Türkiyədə helikopter qəzası nəticəsində iki pilot ölüb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında Hatay hava limanından Qaziantep hava limanına uçan helikopter Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan iki pilot vəfat edib, texniki işçi isə yaralanıb.

Mənbə: Sabah