İrlandiya prezidenti xəstəxanaya yerləşdirilibbackend

İrlandiya prezidenti Maykl Higgins cümə axşamı özünü pis hiss edərək xəstəxanaya aparılıb. Bu barədə RTE telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, həkimlər ilkin olaraq 82 yaşlı dövlət başçısını Dublindəki Phoenix Parkdakı iqamətgahında müayinə ediblər. İlkin müayinə həkimlərdə narahatlıq yaratmasa da, Higgins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirilib. Onun səhhəti ilə bağlı məlumat daha sonra açıqlanacaq.

Telekanal qeyd edir ki, ötən gün İrlandiya Prezidenti peşəkar sahədə yüksək nailiyyətlərinə görə Dublin Beynəlxalq Film Festivalının mükafatını britaniyalı rejissor Stiv Makkuinə təqdim edib, həmçinin bir sıra görüşlər keçirib.

Mənbə: RTE