Tramp Baydeni ölkəyə çılğın adamlar gətirməkdə ittiham edibbackend

ABŞ prezidenti Co Bayden hazırkı immiqrasiya siyasəti ilə həbsxanalardan və ruhi xəstəxanalardan qaçanların Birləşmiş Ştatlara daxil olmasına kömək edir. TASS xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“O, ölkəmizi məhv edir . Ölkəmizə gələn bu insanlar həbsxanalardan və dəlixanalardan gəlirlər və terrorçudurlar”, – Tramp Texasda tərəfdarları qarşısında çıxış edərkən deyib.

ABŞ-ın keçmiş prezidenti deyib ki, Bayden bütün tarixində ölkənin ən pis lideri olub.

Mənbə: TASS