“İş Adamı” gənclərin sahibkarlıq məktəbi başa çatdıbackend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Beynəlxalq Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən ““İş Adamı” gənclərin sahibkarlıq məktəbi” adlı layihə başa çatmışdır. Layihənin əsas məqsədi İşsiz gənclərin məşğulluq imkanlarını artırmaqla onların sahibkarlıq sahəsində bilik və bacarıqlarını artırmaq və gənclər arasında işsizlik nisbətinin azaldılmasına töhfə verməkdən ibarət olmuşdur. Layihə çərçivəsində bu günə qədər Mingəçevir şəhərində 200-dan çox gənclə görüş keçirilmiş və maarifləndirmə işi aparılmışdır.

Gənclərlə keçirilən görüşlərdə gənclərə öz işlərini necə qura biləcəkləri və bu məqamda onlara lazım ola biləcək məlumatlar ötürülmüş, bu sahədə beynəlxalq təcrübə, gənclərin təşəbbüslərin dəstəklənməsi kimi mövzular ətrafında məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.

Layihə çərçivəsində mövzu ilə bağlı bukletlər paylanılmışdır. Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.