Gənclər ətraf mühiti qoruyurbackend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tərəqqi” Regionların Sosial İnkişafına Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən ““Təmiz məkan”- ətraf mühitin qorunması üzrə maarifləndirmə işi” adlı layihə başa çatmışdır. Layihənin əsas məqsədi daha geniş gənclər qrupuna ekoloji problemlər barədə məlumatların ötürülməsi, bu sahədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların maarifləndirmə kampaniyası vasitəsilə məlumatlılıq səviyyəsini artırmaqdan ibarət olmuşdur. Layihə çərçivəsində bu günə qədər Mingəçevir şəhərində 200-dan çox gənclə görüş keçirilmiş və maarifləndirmə işi aparılmışdır.

Gənclərlə keçirilən görüşlərdə onlara ekoloji tarazlıq, ətraf mühitin qorunması sahəsində beynəlxalq təcrübə, bu sahədə gənclərin təşəbbüslərin dəstəklənməsi kimi mövzular ətrafında məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır.

Layihə çərçivəsində mövzu ilə bağlı bukletlər paylanılmışdır. Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.