Tələbələrin məşğulluğunun təmin edilməsinə dəstək göstərilirbackend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi tərəfindən həyata keçirilən “Tələbələrin təməl bacarıqlarının formalaşdırılmasına dəstək” adlı layihə başa çatmışdır. Əsas məqsədi Mingəçevir şəhərində təhsil alan tələbələrin gələcəkdə məşğulluğunun təmin edilməsi üçün “soft skills” – təməl bacarıqların formalaşdırılması sahəsində müxtəlif təlim və seminarlar keçirmək olan  layihə çərçivəsində artıq 200-dən çox gəncə təlim keçirilmişdir. Təlimlərdə əsas hədəf tələbələrin iş axtardığı zaman onlardan tələb olunan CV yazılışı, komandada uğurlu fəaliyyət, peşəkar təqdimat, intervyu zamanı düzgün davranmaq kimi qabiliyyətləri indidən onlara ötürməkdir.

Layihə çərçivəsində mövzu ilə bağlı maarifləndirmə kampaniyası çərçivəsində bukletlər paylanılmışdır.

Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.