İsmayıllıda minik avtomobilləri toqquşubbackend

İsmayıllıda ölümlə nəticələnən qəza olub.

“Report” xəbər verir ki, İlqar Axundovun idarə etdiyi VAZ-2107 avtomobili ilə Anar Həsənovun idarə etdiyi “KIA Ceed” maşını toqquşub.

Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq İ.Axundov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.