İspaniyada YUNESKO-nun siyahısına salınmış kilsədə yanğın baş veribbackend

İspaniyanın Kordoba məscidində (Mezquita) yanğın baş verib.

Bu barədə “El Pais” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisə cümə günü, avqustun 8-də yerli vaxtla saat 21:00-da baş verib. Yanğının həyətdə başladığı bildirilir, lakin hadisə yerindən çəkilmiş videogörüntülərdə alovların sonradan damın altından çıxdığı görünür.

Tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını vaxtında ala biliblər.