İsrail HƏMAS-a qarşı təkbaşına mübarizə apara biləcəyini bəyan etdibackend

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin HƏMAS-a qarşı təkbaşına mübarizə apara biləcəyini açıqlayıb. Belə ki, o, videomüraciətində ABŞ-ın hərbi yardımının dayandırılmasını şərh edib.

“Lazım gəlsə, dırnaqlarımızla vuruşacağıq. Amma bizdə bundan çox şey var”, o vurğulayıb.

Eyni zamanda, Netanyahu xatırladıb ki, İsrail Dövləti yaradıldıqdan sonra BMT bu ölkəyə silah tədarükünə embarqo qoyub, lakin o, hələ 1948-ci ildə ərəb-İsrail fonunda müstəqilliyini qazanıb. İsrail dövləti 14 may 1948-ci ildə yaranıb.

Mənbə: TASS