ABŞ Gürcüstandakı etirazlarla bağlı araşdırma aparılmasını zəruri hesab edirbackend

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə bildirib ki, ABŞ Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiq edilməsi halları ilə bağlı araşdırma aparılmasını zəruri hesab edir. . Onun sözləri TASS-a istinadən xəbər verir.

Onun sözlərinə görə, ABŞ qanun layihəsinə etiraz edənlərə qarşı görülən tədbirlərdən narahatdır. O əlavə edib ki, Vaşinqton vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki güc tətbiq edilməsi ilə bağlı xəbərlərin artmasına nəzarət edir.

“Biz bunu pisləyirik və dərhal tam araşdırmaya çağırırıq” dedi Miller.

Mənbə: TASS