İsrail hərbçilərinin tətilləri ləğv edilibbackend

İsrail Müdafiə Qüvvələrinin (IDF) komandanlığı bütün döyüş hissələrinin hərbi qulluqçularının məzuniyyətlərini müvəqqəti olaraq ləğv etmək qərarına gəlib.

Ordunun mətbuat xidməti bu barədə Telegram kanalında məlumat yayıb.

“Vəziyyətin qiymətləndirilməsinə əsasən, İDF-nin bütün döyüş hissələri üçün məzuniyyətlərin müvəqqəti dayandırılması qərara alınıb. İDF müharibə vəziyyətindədir və qüvvələrin yerləşdirilməsi məsələsi təhlükəsizlik tələblərinə uyğun olaraq daim dəyərləndirilir”, – nəşr qeyd edir.

Bir gün əvvəl adının açıqlanmasını istəməyən İsrail rəsmisi yerli i24 News telekanalına deyib ki, İsrail qüvvələrinin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra İsrail İrandan mümkün cavab zərbəsinə hazırlaşır.

Mənbə: A Haber