Qırğızıstanın “Mir” kartlarına xidmətdən imtinasının səbəbi məlum olubbackend

Qırğızıstanda “Mir” kartlarına xidmətin müvəqqəti dayandırılmasına Latviyadan olan xidmət şirkətinin hədələri səbəb olub.

Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov danışıb.

Onun sözlərinə görə, hökumət artıq problemin həlli üzərində işləyir, Rusiya kartlarının qəbulunun bərpası üçün mexanizmlər var.

Əvvəllər Belarusda Mir kartlarından imtina etməyi planlaşdırdıqlarını bildirirdilər.
Mənbə: TASS