İsrail dəfələrlə Hizbullahın keçmiş rəhbəri Həsən Nəsrullahı aradan götürməyə cəhd edib.
Lakin “Financial Times”ın yazdığı kimi, uğur yalnız qrupla qarşıdurmaya yanaşmanın dəyişdirilməsindən və kəşfiyyat metodlarının təkmilləşdirilməsindən sonra əldə edilib.
Nəşrin yazdığına görə, son iki onillikdə İsrail Hizbullahla bağlı məlumat toplamasını, o cümlədən siyasi fəaliyyəti və İran və Suriya ilə əlaqələri genişləndirib. Keçmiş kəşfiyyatçı Miri Eysin qeyd edib ki, Bəşər Əsədə vətəndaş müharibəsində kömək etmək İsrailə Hizbullahın strukturunu daha yaxşı başa düşməyə və casuslar yerləşdirməyə imkan verib.
Suriyadakı müharibə səbəbindən keçmiş döyüşçülər haqqında məlumatları açıqlayan Hizbullah nekroloqları da daxil olmaqla çoxlu məlumat əldə edildi. İsrail informasiya toplamaq üçün texnoloji üstünlüklərindən – peyklərdən, dronlardan və kiberhücumlardan istifadə edirdi.