Türkiyə parlamentinin ölkənin BRİKS-ə daxil olmasına razılıq verməsi asan proses olmayacaq, çünki hökumətdə çoxlu qərbyönlü siyasətçilər var.
Bu barədə Türkiyənin Ana Vətən Partiyasının sədr müavini Hakan Topkurulu RİA Novosti ilə söhbətində danışıb.
O, hətta parlamentdə “bu qədər qərbli” olduğu halda belə, Ankaranın BRİKS-ə qoşulmaq üçün müraciət etməsini çox vacib fakt və “böyük siyasi cəsarət” adlandırıb.
“Ümid edirəm ki, BRİKS səhv etməyəcək və Türkiyənin təklifi üçün problem yaratmayacaq. Ancaq BRICS-ə üzvlük üçün Türkiyə Böyük Millət Məclisindən razılıq əldə etmək asan olmayacaq. Bu mübarizənin nəticəsi həm Atlantik, həm də Asiya tərəfləri üçün çox mühüm nəticələr verəcək”, – deyə Topkurulu bildirib.