İsrail Livanın cənubunda ağır döyüşlərin getdiyini bildirirbackend

Livanın cənubunda şiddətli döyüşlər gedir.

Bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) ərəb dilli nümayəndəsi Aviçai Edri X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İsrail hakimiyyəti yerli sakinləri şəxsi təhlükəsizlik üçün Litani çayının cənubuna getməkdən çəkinməyə çağırıb.

“Livanın cənubunda şiddətli döyüşlər gedir, Hizbullah ünsürləri mülki mühitdən istifadə edir və mülki şəxslərdən hücumları üçün canlı qalxan kimi istifadə edir”, – deyə İDF sözçüsü paylaşıb.