Weizmann Elm İnstitutunun (İsrail) alimləri kəşf ediblər ki, enerji mübadiləsini tənzimləyən MTCH2 (Mitch) zülalının basdırılması əzələ kütləsini azaltmadan piylənmənin inkişafının qarşısını ala bilər.
Tədqiqatın nəticələri The European Molecular Biology Organization (EMBO) jurnalında dərc olunub.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, Mitchin sintezindən məsul olan genin söndürülməsi dözümlülüyü artırır və orqanizmi yağ yığılmasından qoruyur. Bu təsirlər hüceyrələrin enerji mərkəzləri olan mitoxondrilərin işində dəyişikliklərlə əlaqələndirilir.
Tədqiqatçılar aspirant Sabita Chourasia-nın rəhbərliyi altında insan hüceyrələri üzərində oxşar təcrübələr aparıblar. Mitch-in çıxarılması mitoxondrial şəbəkənin strukturunu pozdu, enerji istehsalının səmərəliliyini aşağı saldı və hüceyrələri xroniki enerji çatışmazlığı vəziyyətinə saldı. Bu şəraitdə hüceyrə yağ və karbohidratlardan daha aktiv istifadə etməyə başladı. Real həyat şəraitində bu, əzələləri parçalamadan arıqlamağınıza kömək edə bilər.