İsrail hakimiyyəti Qəzza zolağında Kerem Şalom keçid məntəqəsini yenidən açıb.
Reuters bu barədə İsrail agentliyinin bəyanatına istinadən xəbər verir.
Qeyd olunur ki, artıq keçid məntəqəsində Misirdən humanitar yardım daşıyan yük maşınları yoxlanılır.
İsrail Kerem Şalomu bazar günü İDF (İsrail Müdafiə Qüvvələri) əsgərləri ilə insidentdən sonra bağlayıb.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş İsrail hökumətini Rəfah əməliyyatını dayandırmağa və eskalasiyanı dayandırmağa çağırıb. O, həmçinin Qəzza zolağında vəziyyəti yaxşılaşdırmaq üçün Kerem Şalom və Rəfah keçidlərinin açılmasını istəyib.
Mənbə: Reuters