Çin prezidenti Xi Jinping bildirib ki, Çin Kosovo məsələsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Bu barədə TASS məlumat yayıb.
“Çin Serbiyanın müstəqilliyini qorumaqda və onun milli şəraitinə uyğun inkişaf yolu tutmaqda dəstəkləyir. ÇXR həmçinin Serbiyanın Kosovo məsələsində öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək səylərini dəstəkləyir”, – deyə Çin lideri bildirib.
Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç Belqrad hava limanında Çin sədri Si Cinpini təntənəli şəkildə qarşılayıb. Si Cinpinin başçılıq etdiyi Çin nümayəndə heyətinin təntənəli qəbulu mayın 8-də Belqradda planlaşdırılır.
Çin Xalq Respublikasının sədri mayın 7-8-də dövlət səfəri ilə ölkədə olacaq. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Serbiyaya bu səfər səkkiz ildə ilk olacaq və Çin-Serbiya münasibətlərinin yaxşılaşdırılması və yenilənməsi istiqamətində mühüm mərhələ olacaq.
Mənbə: TASS