İsrail əsgərləri fosforlu sursatdan istifadə edərək Qəzza şəhərinin şimal məhəllələrinə hücum edib.
Bu barədə “Əl Mayadeen” pan-ərəb telekanalı məlumat yayıb.
Xüsusilə də qaçqınların yerləşdiyi məktəbi atəşə tutanda fosforlu sursatlardan istifadə edilib. Atəşdən sonra binada yanğın baş verib, lakin itkilər barədə hələlik məlumat yoxdur.
Oktyabrın 16-da Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq problemi ilə bağlı iclasında bildirib ki, ABŞ yəhudi dövlətini silahla təmin etməklə İsrailin Fələstin xalqına qarşı cinayətlərini ört-basdır edir.















