Amerika aviasiyası Yəmən ərazisinə zərbələr endirib.
Bu barədə ABC telekanalına ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Yəmənin Ənsar Allahın nəzarətindəki bölgələrində husilərin silah və sursat anbarlarına çoxsaylı hava hücumları həyata keçirib.
Pentaqon bildirib ki, silahlar husilər tərəfindən beynəlxalq sularda hərbi və mülki gəmilərə hücum etmək üçün istifadə edilib.
ABŞ müdafiə naziri Lloyd Austin təsdiqləyib ki, B-2 Spirit strateji gizli bombardmançıları husilərin beş möhkəmləndirilmiş yeraltı anbarına zərbələr zamanı istifadə olunub.
Mənbə: A haber