İsrail Şərqi Qəzzada yeni quru əməliyyatına başlayıbbackend

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinin şərqində yerləşən Əl-Şücayyə bölgəsində quru əməliyyatına başladığını elan edib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

“Son bir neçə saat ərzində İDF əsgərləri təhlükəsizlik zonasını genişləndirmək məqsədi ilə Qəzzanın şimalındakı Əl-Şücaiyyə bölgəsində quru əməliyyatına başlayıblar”, – deyə məlumatda bildirilir.

Nəşr bildirir ki, İsrail tərəfi HƏMAS-ın çoxsaylı yaraqlılarını və infrastruktur obyektlərini, o cümlədən hücumların planlaşdırılması və həyata keçirildiyi yer olan komanda-nəzarət mərkəzini məhv edib.

Mətbuat xidməti qeyd edib ki, İsrail ordusunun qoşunları təşkil olunmuş təhlükəsiz marşrutlar üzrə mülki əhalinin döyüş bölgəsindən təxliyyəsini təmin edir.