Mask Marin Le Penin hökmünə münasibət bildiribbackend

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) cavabdeh olan amerikalı milyarder İlon Mask Fransa Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Penin azadlığa buraxılmasına çağırıb.

O, X sosial şəbəkəsindəki səhifəsində müvafiq müraciət yazıb. “Le Penə azadlıq” deyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazmışdı ki, Le Pen barəsində çıxarılan hökm “cadugər ovu”dur. Onun sözlərinə görə, siyasətçi itkilər verdi, lakin irəliləməyə davam etdi və onun üçün böyük bir qələbə ola biləcək bir hadisədən bir qədər əvvəl, o, haqqında heç nə bilmədiyi “kiçik pozuntuda” ittiham edildi. Tramp vurğulayıb ki, Le Penin hökmü “mühasibat xətası” kimi səslənir.