İsrail Hərbi Hava Qüvvələrinin aviasiyası Suriyanın Hələb şəhəri yaxınlığında, Dəməşqdən 360 km aralıda yerləşən hərbi mövqelərə hücum edib.
Bu barədə SANA agentliyi Suriya Silahlı Qüvvələrinin komandanlığındakı mənbəyə istinadən məlumat yayıb.
Zərbələrin yer hədəflərinə endirildiyi bildirilir. Suriyanın hava hücumundan müdafiə sistemləri baraj atəşi açıb və bir neçə raketi vurub.
Martın 30-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 F-16-nın Dəməşq ətrafına zərbələr endirdiyi bildirilib. Nəticədə dörd bina, o cümlədən Kafr Souss ərazisindəki klinika zədələnib.

