İsraildə müharibəyə son qoymaq üçün keçirilən mitinqlərdə bir milyona yaxın insan iştirak edibbackend

Qəzza zolağında müharibənin dayandırılması üçün bir milyona yaxın insan küçələrə axışıb.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Bazar günü axşam saatlarında yüz minlərlə insan Təl-Əvivin mərkəzinə toplaşaraq, hökuməti Qəzza zolağında müharibəni dayandırmağa və girovların azad edilməsini təmin etməyə çağıran ümummilli etiraz və tətil günlərinin kulminasiya nöqtəsi olub.

Qəzet qeyd edir ki, Təl-Əvivdəki mitinq müharibə başlayandan bəri ən böyük mitinqlərdən biri olub. Onda yarım milyondan çox insan iştirak edib.