İsrailin Sderot şəhərində ölən və yaralananlar arasında Azərbaycandan da çoxlu sayda insan var.
Bunu İsraildəki Azərbaycan Evinin nümayəndəsi, Akko şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Nehemia Şirin-Mihaeli deyib.
Qeyd edək ki, HƏMAS 25.138 nəfərin yaşadığı Sderot şəhərinə də böyük raket hücumu həyata keçirilib. Diaspor nümayəndəsinin sözlərinə görə, onun sakinlərinin üçdə biri, yəni təxminən 8 min nəfəri dağ yəhudiləridir. Onların arasında Azərbaycan və Dağıstandan olanlar da az deyil.
“Ölənlər arasında çoxlu dağ yəhudiləri var, o cümlədən Azərbaycandan köçənlər. Hərbçilərdən başqa, qadınlar, uşaqlar və hətta bütün ailələr öldürülüb. Mən indi İsrailin şimalındayam, lakin texnologiya bizə vəziyyəti izləməyə imkan verir”, – Nehemya Şirin-Mihaeli bildirib.
Mənbə: Sputnik