Siyəzəndə yol tikintisinə 8,8 milyon manat ayrılıbbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən rayonunun Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə President.az məlumat yayıb.

Sərəncamda deyilir:

“1. Bir min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.