İşsizliklə bağlı onlayn qeydiyyatdan bu yolla keçirilirbackend

İşsiz olub, işsiz statusu alıb, yardım əldə etmək istəyənlərin nəzərinə!

Nazirlər Kabinetinin 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb. Bu yardımı əldə etmək üçün ilk növbədə işsizlik statusu rəsmiləşdirilməlidir.

Son günlər İctimai.az saytına onlayn qeydiyyatdan  keçməklə bağlı müraciətlər daxil olur. Qeydiyyatla bağlı suallarınızın yekunları olaraq aşağıdakı ardıcıllığı sizə təqdim edirik:

1. www.e-sosial.az saytına daxil olun.

2. Əgər Asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.

3. Onlayn qaydada istifadəçi FİN-inin əldə olunması üçün

“Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.

4. Mobil telefonunuza gələn təsdiqləmə kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.

5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

Əgər sistemdə problemlə qarşılaşsanız onda 108-ə zəng edin, əlavə məlumat alın.

İctimai.az