“Nəzər Media.az” 7 yaşındabackend

Nəzər Media.az İnformasiya portalının təsindən 7 il ötür. Nəzər Media.az İnformasiya portalı 2013-cü ildə Azərbaycanın gənc jurnalistlərindən Nəzərbəy Hacıağayev tərəfindən təsis olunub. İnformasiya portalının təsisçisi və baş redaktoru Nəzərbəy Hacıağayev “facebook” sosial şəbəkəsində öz sayıtın təsis günü ilə əlaqədar öz fikirlərini bölüşüb:

Bu gün Nəzər Media.az İnformasiya portalının 7 yaşı tamam olur. Bu 7 il heç də asan və hamar olmayıb. Yaxşı günlərimiz də olub, hər növ məhrumiyyətə dözməyə məcbur olduğum günlər də olub. Ancaq bir an olsun düşünmədiyim tək bir şey oldu. Nəzər Media.az-ın fəaliyyətini dayandırmaq. Kədərli, sevincli 7 il ərzində dövlətimizə, dövlətçiliymizə, vətənə, millətə və cənab Preizdent İlham Əliyevin uğurlu xarici və daxili siyasətinə, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna hər zaman öz dəstəyimizi verərək sadiq olmuşuq. Ölkədə keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak edərək bu tədbirilərin gedişi ilə bağlı əhalini informasiya ilə təmin etmişik. Təəssüflər olsun ki, Nəzər Media.az-ın təsisinin 7-ci ili bütün dünyanın Koronovirusla (Covid19) mübarizə apardığı bir dövrə təsadüf etdi. Üzülərək deyə bilərəm ki, bu bala bizim ümumi evimiz olan vətənimiz Azərbaycandan da yan keçmədi. Ancaq bütün bunlara baxmayaraq Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun ölkəmizdə yayılmasının qarşısını alan önləndirici və qabaqlayacı tədbirlər görülür. Əhəliyə zərurət olmadan evdən çıxmaması məsləhət görülür. Bizdə Nəzər Media.az İnformaiya portalı olaraq bütün #evdəqal həştəqi ilə olan bütün aksiyaları dəstəklədiyimizi əvvəldən bildirdik. Mən bizimlə dost olan, əməkdaşlıq edən hər bir kəsə minnətdarlığımı bildirirəm. Bir daha bu sayıtın bu günə qədər gəlməsində mənimlə ciyin-ciyinə işləmiş hazırda başqa yerdə fəaliyyətdə olan şəxslərə də minnətdalığı bildirirəm. Bizim ilk redaktorumuz Dursun xanıma öz dərin minnətdarlığımı bildirirəm. Dursun ən çətin günlərdə hər zaman Nəzər Media.az-da olub. Onun xidmətlərini sözlə ifadə edə bilmirəm. 2015-ci ildən bizim gözəgörünməz qəhramanımız Nəzər Media.az İnfomarsiya portalının Texniki məsələlər üzrə məsləhətçisi Famil Ələkbərova ürəkdən minnətdarlığımızı bildirirəm. Çətin günlərimizdə yanımızda olan iki ismi çəkmədən keçmək istəmərəm. Onlardan biri bu gün ölkəmizi Beynəlxalq aləmdə, ölkəmizin hüdudlarından kənarda təmsil edən Bayram Vəliyevdir. Digər isə 20 ildir ölkəmizdə fəaliyyət göstərən Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan “”FONO” Açıköğretim” qurumunun Türkdili və Xəzəryanı ölkələr üzrə rəhbəri, Bakı ofisinin Baş direktoru Mərdan Əli Şahindir. Bu illər ərzində bir çox şəxsə Nəzər Media.az İnformasiya portalının dostu mükafatının təqdim etmişik. Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi Amil Cavadov, İslahatçı Gənclər İctimai Birliyinin sədri və Editor.az İnformasiya portalının baş redaktoru Fərid Şahbazlı, Gənclər Üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azxeber.com portalının baş redaktoru Hacıbəy Heydərli, Haber Global Televiziyasının icraçı direktoru Məmməd Gülməmmədov, Beynəlxalq Qızıl Xaç Komətsinin əməkdaşı Bayram Vəliyev Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan “”FONO” Açıköğretim” qurumunun Türkdili və Xəzəryanı ölkələr üzrə rəhbəri, Bakı ofisinin Baş direktoru Mərdan Əli Şahin, Sumqayıt Dağ Yəhudiləri dini icmasının təsisçisi Nəsimi Əbilov, Azərkimya istehsalat birliyinin mətbuat xitmətinin rəhbəri Rafiq Oday, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətninin rəhbəri Seymur Hümbbətov, Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, Azəraycan Qızıl Aypara Cəmiyyətinin vitseprezidenti Rövşən Əliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibinin müavini Səbinə Məhbubi və Qəhraman Donorlar Xeyriyyə İctimai Birliyinin sedri Emil Vəliyev və daha neçə neçə ölkəmizin ictimai həyatında mühim rol oynamış və bizimlə əməkdaşlıq etmiş şəxslər bu mükafata layiq görülüb.

Bu yeddi ildə bizi seçən oxuculara təşəkkür edirəm. Bizə dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm. Bir daha bütün kollektivimizi Nəzər Media.az-ın təsis günü münasibəti ilə təbrik edirəm.

İctimai.az xəbər portalı olaraq “Nəzər Media.az”-da əməyi keçən hər kəsi təbrik edirik və faydalı fəaliyyət arzulayırıq.