İstanbulda məhkəmə binasında törədilən terror aktı ilə bağlı 34 nəfər saxlanılıbbackend

Türkiyədə İstanbul şəhər məhkəməsinin binasında törədilən terror aktı ilə bağlı 34 nəfər saxlanılıb.

Bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Qeyd olunub ki, təhlükəsizlik məntəqəsində polislərlə qarşıdurma nəticəsində iki terrorçu öldürülərək zərərsiz hala gətirilib. Münaqişə zamanı dörd vətəndaş yaralanıb, onlardan biri xəstəxanada dünyasını dəyişib. Üç polis əməkdaşı yaralanıb.

“Xəsarət alanların vəziyyətləri yaxşıdır. Xəsarət alan polis əməkdaşlarımıza və vətəndaşlarımıza tezliklə şəfa diləyirik. Mərhum vətəndaşımıza Allahdan rəhmət diləyirəm”, – deyə ədliyyə naziri bildirib.

Mənbə: iha