HƏMAS təsdiqləyib ki, Qətər və Misirə İsraillə çərçivə razılaşmasına cavabı çatdırıbbackend

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində İsrailli girovların azad edilməsinə dair çərçivə razılaşmasına cavabını Qətər və Misirə çatdırdığını təsdiqləyib. TASS bu barədə HƏMAS-ın rəsmi bəyanatına istinadən xəbər verir.

Sənəddə qeyd edilir ki, hərəkat bir müddət əvvəl Qətər və Misirə çərçivə sazişinə cavab təqdim edib. Bu, hərəkatın rəhbərliyi səviyyəsində, eləcə də Fələstinin digər müqavimət qüvvələri ilə məsləhətləşmələr başa çatdıqdan sonra baş verib.

HƏMAS saziş layihəsinin müsbət olduğunu bildirib. Eyni zamanda, hərəkat ərəb ölkələrində fələstinlilərə qarşı təcavüzü dayandırmağa çalışan “qardaşların” rolunu yüksək qiymətləndirdiklərini qeyd edib.

Mənbə: TASS