İsveçdə minlərlə insan NATO üzvlüyünə etiraz edir

İsveçin Göteborq şəhərində krallığın NATO-ya üzvlüyünə qarşı etiraz aksiyası keçirilir, aksiyada 2 mindən çox insan iştirak edir.

Bu barədə yerli Göteborgs-Posten qəzeti yazıb.

Nəşr bildirir ki, nümayişçilər öz ölkələrinin ənənəvi xarici siyasət xəttinə – ittifaqlardan azad olmağa və neytrallığı qorumağa çağırırlar.

Etirazçı və Göteborq Sülh Komitəsinin təşkilatçılarından biri Günnel Berge nəşrə verdiyi müsahibədə “Biz buradayıq, çünki alyansın azadlığının qorunub saxlanmasını istəyirik”.

Oxşar xəbərlər