Serbiya Qərbdən Rusiya istehsalı olan Mi-35 helikopterləri almağı planlaşdırırbackend

Serbiya prezidenti Aleksandar Vucic Belqradın Qərb ölkələrindən Rusiya istehsalı olan bir neçə Mi-35 helikopteri almaq planlarını açıqlayıb.

RİA Novosti xəbər verir ki, bu sözləri siyasətçi Bataynitsadakı hərbi aerodromda silahlanmaya baxış zamanı deyib.

Macarıstanın Baş naziri Viktor Orban və Bosniya və Herseqovina Serb Respublikasının Prezidenti Milorad Dodik “Qranit” şousunun fəxri qonaqları olublar.

Baxışda 5 mindən çox hərbçi, 60-dan çox təyyarə, helikopter və pilotsuz uçuş aparatı iştirak edir. Qonaqlara xaricdən gətirilən və Serbiya istehsalı olan 2,3 mindən çox silah və hərbi texnika, onlarla tank və zirehli texnika nümayiş etdirilib.