Turnirin mətbuat xidməti xəbər verir ki, “Böyük Dəbilqə”nin 22 qat qalibi serb Novak Cokoviç tezliklə Madriddə start götürəcək “Masters” seriyalı turnirdən imtina etmək qərarına gəlib.
Eyni zamanda, görkəmli tennisçinin hansı səbəbdən İspaniyada oynamayacağı açıqlanmır.
Madrid Masters iki gün sonra, aprelin 24-də başlayacaq və mayın 7-dək davam edəcək. Keçən il Cokoviç final görüşündə ispan tennisçi Karlos Alkarasa məğlub olaraq turnirin yarımfinalına yüksəlmişdi.

