Stokholmun Ukrayna ilə əlaqələri kəsdiyi üçün Bamakoya yardımı kəsəcəyini açıqlamasından sonra İsveçin Malidəki səfirinə ölkəni tərk etmək tövsiyə olunub.
Bu barədə Mali Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Xarici İşlər Nazirliyinə çağırılan İsveçin Bamakodakı səfirinə beynəlxalq əməkdaşlıq və ticarət nazirinin Mali ilə bağlı düşməncəsinə bəyanatından sonra 72 saat ərzində ölkəni tərk etməsi bildirilib”, – məlumatda deyilir.
Mənbə: Haber Global